'Bəziləri Moskvada əyləşərək, Azərbaycana demokratiya dərsi keçməyə çalışırlar'

SİYASƏT
14:35 24.07.2013
2038

Siyavuş Novruzov YAP Qubadlı Qubadlı rayon təşkilatının fəalları ilə görüşüb

Bu gün Qubadlı Rayon İcra Hakimiyyətində hakim Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının fəalları ilə seçki qabağı görüş keçirilib. Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkili İmamverdi İsmayılov və digər şəxslər iştirak edib.

Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev deyib ki, rayonda prezident seçkiləri ilə bağlı təbliğat işləri aparılır. Həmçinin vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlər araşdırılaraq Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən aradan qaldırılıb.

A. Haqverdiyev diqqətə çatdırıb ki, 20 yeni məktəb inşa olunaraq istifadəyə verilib: “Sumqayıtda yerləşən 28 may Mədəniyyət evi təmir olunub. Rayonda yaşayan 146 ailə yeni mənzillə təmin olunub.

Daha sonra YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin və rayon YAP Qadınlar Şurasının sədrləri çıxış edərək seçki qabağı aparılan işlərdən danışıblar.

Millət vəkili İmamverdi İsmayılov isə çıxışında rayon ərazisində görülən işlər barədə məlumat verib.

Çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, YAP ölkənin ən güclü siyasi partiyasıdır: “Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar. Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır”.

S.Novruzov qeyd edib ki, bəzi qüvvələr, nədənsə Azərbaycanın inkişafını görmür və buna biganə yanaşır: “Yeni Azərbaycan Partiyası yarananda ölkədə vəziyyət çox ağır idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu problem aradan qaldırıldı. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünya əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan iqtisadi gücündən xəbər verir”.

YAP İcra katibinin müavini bildirib ki, bu gün ayrı-ayrı qüvvələrdən maliyyə dəstəyi alan şəxslər ortaya çıxıb, Azərbaycanda hakimiyyətə gəlmək istəyirlər: “Bu gün Rüstəm İbrahimbəyov Moskvada əyləşərək Azərbaycan cəmiyyətinə demokratiya dərsi keçməyə çalışır. Amma Azərbaycan cəmiyyəti bu insanların iç üzünü tanıyır və nəyə qadir olduqlarını yaxşı bilir”.

S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya nümunə olaraq jurnalistləri evlə təmin edib: “Təbii ki, bunu gözü götürməyən ermənipərəst qüvvələr var. Onlar da Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir”.

Daha sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov prezident İlham Əliyev tərəfindən ölkəmizdə görülən işlərdən danışıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"