“Böhranlara səssiz qalmayacağıq” - Əli Həsənov

“Böhranlara səssiz qalmayacağıq” - Əli Həsənov
Siyasət
17:17 29.11.2018
4700
"Azərbaycan və Türkiyə arasındakı iş birliyi, nə qonşu, nə də başqa ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açığıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti işğalçı siyasəti  və Türkiyəyə  qarşı əsassız iddiaları ilə öz xalqını təhdid edir: "Əgər Ermənistan sülh, Azərbaycanla Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirsə, buyursun, işğal etdiyi topraqlardan çəkilsin. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistanı sülhə və barışa dəvət edirik”. 

Ə. Həsənov xatırladıb ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarı zamanı  Türkiyəni "iki dövlət bir millət” prinsipiylə hərəkət edərək layihələrdən kənar qoymadı: "Sözügedən layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünyaya açıldığını bəyan etdi. Heydər Əliyev Türkiyənin bundan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə də Türkiyə ilə böyük proyektləri bir millətin iki dövləti kimi edirik. Star rafineri, Petkim də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının   faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadiyyat əlaqələrinə də toxunan Həsənov bildirib ki, hazırki mövcud potensial yetərli deyil: "Dövlətlərimizin milli vəzifəsi var. Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda işləmələrinə davam etdirmək”.

Ə. Həsənov həmçinin Türkiyənin Suriyada yaşanan insanlıq dramına səssiz qalmadığını da ifadə edib: "Türkiyə həmin insanlara  kömək etdi. Fələstində yaşanan hadisələrə Türkiyə və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı üçündür. 

Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur