Bişkekdə “İlham Əliyev Azərbaycanın yeni milli lideridir” çoxcildliyi nəşr olunacaq

ŞOU-BİZNES
18:23 13.01.2011
1659

Nəşrin tərtibçisi, fondun prezidenti Nüsrət Məmmədov AzərTAc-a bildirib ki, rus dilində olacaq nəşrin 700 səhifəlik birinci cildi çapa verilib. Burada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin, şöbə müdirləri Əli Həsənovun, Fatma Abdullazadənin, Fuad Ələsgərovun və Prezidentin köməkçisi Əli Əsədovun, təhsil naziri Misir Mərdanovun, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun və başqa müəlliflərin məqalələri toplanıb.

Cildin baş məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, baş redaktoru professor Aqil Hacıyevdir.

Kitabda müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, aparılan islahatlar, dövlətimizin başçısının çıxışları, Azərbaycanın bölgələrinə səfərləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, habelə tariximiz, mədəniyyətimizlə bağlı məlumatlar öz əksini tapıb. Oxucular Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də tanış ola biləcəklər.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş çoxcildliyin Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulur.

 

OXŞAR XƏBƏRLƏR