Bibiheybət qəsəbəsində yerləşən istirahət mərkəzində yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.