"Bihter" və "Belhül" yenidən bir arada - FOTOLAR

"Bihter" və "Belhül" yenidən bir arada - FOTOLAR
ŞOU-BİZNES
16:39 29.12.2011
2650

"Aşkı Memnu" serialında unudulmaz iki xarakteri canladıraraq tamaşaçıların könüllərində taxt quran Kıvanc Tatlıtuğ və Beren Saat yeni bir layihədə bir araya gələcəklər. Yılmaz Ərdoğanın "Şairlər" filmində rol almağa hazırlaşan Kıvanc Tatlıtuğ, yaya doğru isə 2 ildir üzərində çalışılan “Yaseminler Tüter mi Hâlâ?” layihəsində oynayacaq. Çəkilişləri aprel ayında başlayıb, 9 ay boyunca davam edəcək filmdə Tatlıtuğa "Aşk-ı Memnu" serialındakı tərəf müqabili Beren Saat da yoldaşlıq edəcək. Tatlıtuğ və Saat, 2 il aradan sonra yenidən kamera qarşısına keçəcəklər. Filmdə Saat ilə Tatlıtuğun yanında Mehmet Akif Alakurt, Səlcuq Yöntem və Halil Ergün rol alacaq. Beren Saat, adı Eleni olan daha sonra isə dinini dəyişdirərək Naciyə adını götürən kiprli bir qadını canlandıracaq. Alakurt Saatın ilk əri Arifi, Tatlıtuğ isə ikinci həyat yoldaşını canlandıracaq. Filmdə Kıvanc Tatlıtuğ Naciyənin həyatına sonradan girəcək və əsl hekayə tamaşaçıya bu hissədən sonra təsir edəcək. Cansu Dərənin də bu filmə dəvət olunduğu, ancaq müəyyən səbəblərdən qəbul etmədiyi deyilir. Çağan İrmakın rejissor kreslosunda oturacağı filmin prodüserliyini də "Ay Yapım" şirkəti edəcək.

OXŞAR XƏBƏRLƏR