Bilal Əliyev: Nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər

Bilal Əliyev: Nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər
MAQAZİN
17:06 17.06.2021
681
Artıq dünyanın bir çox ölkəsində toyların keçirilməsinə icazə verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar.

Azərbaycanda isə bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib, şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.

Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən çox tanınanları isə müğənnilərdir. Onlar tezliklə toyların açılmasını tələb edir, mövcud vəziyyətdən gileylənirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev isə həmkarlarından bir qədər fərqli düşünür. Müğənni hesab edir ki, toyların keçirilməsinə icazə verilməsi xəstəlik sayına təsir edəcək:

"Cənab Prezident hər şeyi gözəl bilir. O bilir ki, toy məclislərinə icazə verilsə nə baş verə bilər. Əgər toylara hələ də icazə yoxdursa, deməli məsləhət deyil, insanlar yenidən yoluxa bilərlər, xəstəlik sayı yenidən arta bilər. Bilirsiniz, bəzən tamah insanları elə yerə aparıb çıxarır ki, heç ağlınıza da gəlməz. Ağıllı insanlar bir tikə çörəyi duza batırıb yeyər ki, təki belə şəraitdə xəstəlik yaymasınlar. Ona görə biz bir müddət də səbr etməliyik. Gözləyək, nə vaxt məsləhət bilinərsə, onda toylar keçirilər”.

Sənətçi şou əhlinin əksəriyyətinin qonşu ölkə – Rusiyaya üz tutub, oradakı həmyerlilərimizin toylarında çıxış etməsinə də münasibət bildirib:

"Rusiyaya gedən həmkarlarımı bəzən tənqid edənlər də tapılır. Buna gərək yoxdur.  Demək ki, pula ehtiyacları var deyə gedirlər, mənim də ehtiyacım olsa, gedərəm. Yaxud da ola bilər ki, həmin sənətçilərə yüksək tələbat var, onlar da gedir. Onlar da bir parça çörəklərini qazanrlar, burda pis nə var axı? Amma bir məsələ var ki, bizdə vəziyyə yaxşı olsa da, Rusiya dağılmaq üzrədir, yoluxma sayı kəskin artıb. Oradakı həmyerlilərimiz daha böyük risk altındadırlar, yoluxa bilərlər. Mənim həmkarlarıma yeganə məsləhətim o olar ki, ehtiyyatlı olub, özlərini qorusunlar. Sağ-salamat ruzilərini qazanıb, vətənə geri dönsünlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
20:14 21.06.2025
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist