""YAŞAT Fondu"nun maddi vəsaiti yoxdur ki, məni bir il daha müalicə etdirsin" - AÇIQLAMA

""YAŞAT Fondu"nun maddi vəsaiti yoxdur ki, məni bir il daha müalicə etdirsin" - AÇIQLAMA
SOSİAL
16:40 10.04.2023
251
2019-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət edən Samir Əliyev Vətən müharibəsi başlayanda ordumuzun əks-hücum əməliyyatlarına ilkin qatılanlardan biri olub.

Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və digər rayonlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik, hünər göstərib.

Füzuli istiqamətdə gedən döyüşlərdə onurğasından ağır yaralalan Samir Əliyev yerimə qabiliyyətini itirib.

"YAŞAT" Fondunun dəstəyi ilə 2 il Türkiyədə müalicə alan Samir müalicəsini yarımçıq dayandırmağa məcbur olub. O müalicəsini davam etdirmək istəmək üçün yardım istəyir. 

Samir Əliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "YAŞAT Fondu"nun müalicəni davam etdirmək üçün vəsaiti yoxdur:

"2021-ci ildə "YAŞAT" Fondunun dəstəyi ilə 8 ağır yaralanmış qazi ilə Türkiyə Respublikasına müalicə üçün yolandıq. 2 il müalicə nəticəsində səhhətimdə xeyli irəliləyiş oldu. Ancaq müalicəm yekunlaşmamış vətənə geri döndük. Bizə bildirdilər ki, fondun maddi vəsaiti yoxdur ki, sizi bir il daha müalicə etdirsin. Ona görə də vətənə geri dönməli olduq. Vətənə döndükdən sonra müalicəm yarımçıq qaldı".

O deyib ki, hazırda müalicəsi yarımçıq qalıb və davam etdirmək üçün maddi imkanı yoxdur: 

"Müalicəmi yenidən Türkiyə Respublikasında davam etdirmək istəyirəm. 1 illik müalicəm 100 min AZN vəsait tələb edir. Bütün Azərbaycan xalqına üzümü tutub mənə kömək olmalarını istəyirəm. Heç olmasa ayağa durub, özümü idarə edim. İki illik müalicə nəticəsində səhhətimdə xeyli irəliləyiş oldu. Bunun davam etməsini istəyirəm. İmkanı olan şəxslərdən mənə kömək etmələrini xahiş edirəm".
 
Günel Hüseynli
 

 

 

 


OXŞAR XƏBƏRLƏR