Biləsuvar şəhərinin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, təxminən bir saata yaxındır şəhərin böyük bir hissəsi işıqsız qalıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində fasilə yaranmasına baş vermiş qəza səbəb olub.
"Hazırda qeyd edilən ərazidə briqada işləyir", - deyə qurumdan bildirilib.