Biləsuvarda 18 yaşlı qız özünü öldürmək istədi

Biləsuvarda 18 yaşlı qız özünü öldürmək istədi
SOSİAL
17:41 30.08.2017
1232

Biləsuvar rayonunda 18 yaşlı qız intihara cəhd edib.

Hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib. 

Belə ki, kəndin sakini, 1999-cu il təvəllüdlü Səidə Niyaz qızı Əsədova 30-a yaxın diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulan perapat qəbul edib. O, huşunu itirib və yaxınlarının köməkliyi ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, S.Əsədovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağırdır. 

 

Faktla bağlı araşdırmalara başlanılıb. 

///report
OXŞAR XƏBƏRLƏR