Biləsuvarda 3 uşaq atası intihar etdi

Biləsuvarda 3 uşaq atası intihar etdi
SOSİAL
16:59 30.03.2022
343
Biləsuvarda 38 yaşlı kişi intihar edib.
 
Hadisə bu gün günorta saatlarında rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1984-cü il təvəllüdlü Ziya Ağayev yaşadığı mənzilin zirzəmisində özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Z.Ağayev ailəli olub, 3 övladı var idi.
 
///Report
OXŞAR XƏBƏRLƏR