Biləsuvarda 9 yaşlı qız çaya düşərək boğulub

Biləsuvarda 9 yaşlı qız çaya düşərək boğulub
SOSİAL
20:07 25.02.2017
730

 

Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub.

Anv.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib. 

Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız həmin çaya düşüb. 

Hadisə yerinə xilasedicilər cəlb olunub. Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb.

Axtarışlar davam edir.

 

OXŞAR XƏBƏRLƏR