Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb.
Belə ki, motosikletə minik avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.