Biləsuvarda ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Biləsuvarda ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub
SOSİAL
21:59 07.04.2018
3845

Biləsuvar rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərin adları məlum olub.

Bunlar Masallı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Muxtarov Urfan Abutalıb oğlu, 1971-ci təvəllüdlü Cabbarova Könül Şükür qızı, 1992-ci il təvəllüdlü Cabbarov Zaur Müdhət oğlu və 1962-ci il təvəllüdlü Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğludur.

Aprelin 7-si saat 18:30 radələrində Ələt-Astara magistral avtomobil yolunun 97-ci km-də, Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissədə Naxçıvanın Culfa rayon sakini İsgəndər Nağıyevin idarə etdiyi "Naz-Lifan” markalı "KJ 627 Az tr" dövlət qeydiyyat nişanlı avtomobillə Urfan Muxtarovun idarə etdiyi "Mercedes” markalı "90-SH-865" dövlət qeydiyyat nişanlı maşın toqquşub. Nəticədə "Naz-Lifan”ın sürücüsü ağır vəziyyətdə, "Mercedes”in sürücüsü və avtomobildə olan sərnişinlər - Zaur Cabbarov və Könül Cabbarova aldıqları müxtəlif növ yüngül bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

///Report.az



OXŞAR XƏBƏRLƏR