Biləsuvarda “KamAZ”la minik maşını toqquşdu - Xəsarət alanlar var

Biləsuvarda “KamAZ”la minik maşını toqquşdu - Xəsarət alanlar var
HADİSƏ
20:10 05.12.2025
80
Biləsuvar-Bəhrəmtəpə magistralında yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu olan "KamAZ” markalı yük maşını əks istiqamətdə hərəkətdə olan "Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb, minik avtomobilinin qarşıdan gələn "KamAZ”ın hərəkət zolağına çıxması olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR