Biləsuvarda qoşqusunda pambıq olan traktorda yanğın baş verib.
AZXEBER. COM xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "Belarus" markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb.
Faktla bağlı araşdırma aparılır.