"Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.
TƏBİB-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır/