Biləsuvarda yeniyetmə su kanalında boğuldu

Biləsuvarda yeniyetmə su kanalında boğuldu
HADİSƏ
09:27 04.09.2025
218
Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndindən qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.

Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR