Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
///report