Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub.
AZXEBER.COM-un verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədli keçmək istəyərkən onu "Ford" markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
apa.az