Biləsuvarda yük maşını yanıb, yol bağlanıb

Biləsuvarda yük maşını yanıb, yol bağlanıb
SOSİAL
22:57 30.06.2024
233

Ələt-Astara avtomobil yolunda yanğın olub.

Hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.

Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır./report

OXŞAR XƏBƏRLƏR