Biləsuvarın bu kəndi qazsız qalıb

Biləsuvarın bu kəndi qazsız qalıb
SOSİAL
18:59 14.07.2024
129
Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
 
Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.
 
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.
OXŞAR XƏBƏRLƏR