Biləsuvarlı gənclərə sosial şəbəkələr öyrədildi

İDMAN
15:20 02.04.2013
1918

Gənclər paytaxtı Biləsuvar rayonunda gənclər üçün sosial şəbəkələr üzrə təlim keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüş Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində baş tutub.Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin dəstəyi ilə həyata keçirilən təlimdə Biləsuvar rayonunun müxtəlif təhsil müəssisələrini təmsil edən 30-a yaxın fəal gənc iştirak edib.Təlim zamanı gənclərə “Xətdə” Sosial Şəbəkə Akademiyasının təqdimatı keçirilib, Akademiyanın məqsədi, Akademiya çərçivəsində həyata keçirilən fəaliyyət barəsində məlumat verilib.Daha sonra təlim iştirakçıları “sosial şəbəkələrin yaranması, mahiyyəti və fəlsəfəsi”, “sosial şəbəklərdən düzgün istifadə alətləri”, “sosial şəbəkələr vasitəsi ilə biznesin inkişafı və PR” və başqa mövzularda praktiki biliklərə yiyələnmək imkanı əldə ediblər. Təlim zamanı dünyanın ən böyük sosial şəbəkələri “facebook”, “twitter”, eləcə də “youtube”dan istifadə və bloqçuluğa geniş yer ayrılıb.Məlumat üçün qeyd edək ki, “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində 2013-cü ilin aprel-may aylarında Azərbaycanın 40-dan çox şəhər və rayonunda analoji təlimlərin keçirilməsi planlaşdırılır.Aprel ayının ilk həftəsində yerli İcra Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə Bakı, Gəncə, Lənkəran, Şəki, İsmayıllı, Mingəçevir, Yevlax, Qusar, Səlyan, Neftçala şəhərləri, Oğuz və Göygöl rayonlarında təlimlərin keçirilmısi planlaşdırılır.Təlimlər haqqında ətraflı məlumat almaq və qoşulmaq üçün https://www.facebook.com/events/177553555727793/ ünvanına daxil ola bilərsiniz.Qeyd edək ki, Akademiyanın məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.

OXŞAR XƏBƏRLƏR