Bilgəhdə faciəvi şəkildə ölən 32 yaşlı İlhamla bağlı faktlar - FOTOLAR

Bilgəhdə faciəvi şəkildə ölən 32 yaşlı İlhamla bağlı faktlar - FOTOLAR
SOSİAL
14:12 15.07.2019
19488
Dünən Bakı şəhər Sabunçu rayonu ərazisində - Bilgəh çimərliyində dənizdə batan 32 yaşlı İlham Rəsulzadənin axtarışları davam etdirilir.

İlkin olaraq hadisənin dənizin dalğalı olması səbəbindən baş verdiyi müəyyənləşib.

Vəfat edən şəxsə gəlincə, İlham Rəsulzadə tədbirlərin təşkili və səhnə avadanlıqlarının quraşdırılması üzrə ixtisaslaşan şirkətdə çalışırmış. Səs mühəndisi olan İlham bir neçə il əvvəl ailə həyatı qurub və 1 övladı qalıb. O, yaxın günlərdə ikinci dəfə ata olacaqmış.

Bədbəxt hadisə nəticəsində vəfat edən gəncin bəzi fotolarını təqdim edirik.
 
///Publika.az
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR