Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Bill Klinton gələcəkdə Ağ evin rəhbərinin qadın olacağına ümid etdiyini bəyan edib.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “The Telegraph” yazıb.Bunu Bill Klinton KXR-də keçirilən konfransda dilə gətirib. “Ümid edirəm ki, sağlığımda ABŞ-da prezidentin qadın olduğunu görə biləcəyəm, bu həm ABŞ, həm də bütün dünya üçün yaxşı olar” – eks-prezident deyib. Lakin o, həyat yoldaşının yaxın seçkilərdə prezidentliyə namizədliyini verib-verməyəcəyindən bəhs etməyib.