Bill Qeytsdən dünyanı gözləyən yeni təhlükə ilə bağlı AÇIQLAMA: İnsanlar tərəfindən...

Bill Qeytsdən dünyanı gözləyən yeni təhlükə ilə bağlı AÇIQLAMA: İnsanlar tərəfindən...
DÜNYA
11:54 26.01.2023
326
İllər əvvəl koronavirusa bənzər pandemiya ilə üzləşə biləcəyimizi açıqlayan və haqlı olan Bill Qeyts dünyanı gözləyən yeni təhlükəni açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2015-ci ildə Kovid-19-a bənzər bir epidemiyaya hazırlıqlı olmağımızı bildirən və xəbərdarlıq edən Qeyts bu dəfə də maraqlı açıqlama ilə yadda qalıb.

2019-cu ilin son tarixlərində həyatımıza daxil olan Koronavirus (Kovid-19) qısa zamanda qlobal pandemiyaya səbəb olub və milyonlarla insanın həyatına son qoyub.

Sidneydə keçirilən konfransda çıxış edən Qeyts dünya liderlərinə müraciət edib.
 
Qeyts növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan çox daha qəddar ola biləcəyini söyləyib.
 
Qeyts sözügedən ssenarinin reallaşacağı təqdirdə dünyada iqtisadi böhranın 10 trilyon dollar olacağını vurğulayıb.

Kovid-19-un son pandemiya olmaya biləcəyini dəfələrlə bəyan edən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul edib.
 
Lazımi addımların atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Bu sərmayədən əlavə, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün Ar-Ge-yə daha çox dəstək verilməsi də daxildir.

GERM-in yeganə prioriteti pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Geyts bildirib ki, GERM qrupları epidemioloq və məlumat alimlərindən tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR