Dünyanın ən zəngin iş adamlarından biri və "Microsoft”un həmtəsisçilərindən biri Bill Qeyts son vaxtlar məşhurlaşan süni intellekt və həftəlik iş günləri ilə bağlı diqqətçəkən açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan və illər əvvəl Covid-19 epidemiyasını proqnozlaşdıraraq diqqətçəkən açıqlamalar verən Bill Qeyts son dövrün məşhur texnoloji nailiyyətlərindən biri olan süni intellektlə bağlı diqqətçəkən şərhlər edib.
Qeyts süni intellektin sürətlə inkişaf etdiyini və beləliklə insanların həftəlik iş günlərini 3-ə endirə biləcəyini söyləyib:
"Maşınlar bütün yemək və ev işlərini idarə edə bilər. Buna görə də insanların iş günlərinin sayı 3-ə endirilə bilər. İnsanların həftədə cəmi üç gün işlədiyi cəmiyyətdə olsanız, yəqin ki, problem olmayacaq”.
Bill Qeyts həmçinin bütün sektorların süni intellektlə yenidən çevriləcəyini iddia edib.
Mütəxəssislər süni intellektin dünya üzrə 300 milyon insanı işsiz qoyacağını iddia ediblər.
Ayşən