Binadan başına yük düşən fəhlə öldü

Binadan başına yük düşən fəhlə öldü
HADİSƏ
12:00 23.01.2026
326
Abşeron rayonunda 65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR