Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 28-də Nəsimi rayonu ərazisində yaşayan Qəni Qəniyev beşmərtəbəli evin damında televizor antennasını qardan təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır