"Binanın yandırılması təxribatdır" - DTX sədrinə göndərilən məktub

"Binanın yandırılması təxribatdır" - DTX sədrinə göndərilən məktub
SOSİAL
13:58 29.11.2016
1144

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş "Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. 

Prosesdə cinayət işinin 10-cu cildində olan sənədlər elan ediləndən sonra Miryusif Mahmudovun vəkili çıxış edib.  O bildirib ki,  ekspertlərə meyitlərdən götürülmüş bio materialları təqdim olunmayıb: "Bu qan qruplarına da aiddir.  Amma belə material ekspertə təqdim edilmədiyi üçün kimyəvi təhqiqatla bağlı verilən rəy düzgün deyil.  Hadisə yerindən götürülən qan nümunələri da ekspertlərə təqdim edilməyib.  Bunun nəzərə alınmasını xahiş edirik".


Təqsirləndirilən Miryusif Mahmudov istintaqa verdiyi ifadəsi ilə məhkəməyə verdiyi ifadənin elan olunmasını istəyib. Hakim isə bildirib ki, hər iki ifadə eynidir: "İfadələr arasında ziddiyyətlər yoxdursa, dindirilmələrin elan olunması qanunvericiliyə görə uyğun deyil".

Buna Miryusif Mahmudov və onun vəkili etiraz edib.  Miryusif Mahmudov bildirib ki,  ittiham həddindən artıq şişirdilib: "Ittihamda sexi ediblər zavod,  şirkətin təsisçisi olduğum halda məni faktiki direktor kimi göstəriblər.  25 cildlik cinayət işində bir dənə də olsun sübut yoxdur ki, mənim günahım var.  Bu qədər böhtan olmaz".


Daha sonra Miryusif Mahmudovun 2016-cı ilin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət etdiyi elan olunub.  O, müraciətində bildirib ki, binanın yandırılması təxribatdır. 

Vəkil deyib ki,  həmin sənəddə şahid Pərvin Kazımovun səs yazısı var.  Vəkil həmin səs yazısının elan edilməsini istəyib. Dövlət ittihamçısı buna etiraz edib. Hakim isə deyib ki, həmin şahidin səs yazısı işdə yoxdur. Vəkilin sözlərinə görə, vacib olan sənədlər cinayət işindən çıxarılıb.  


Ədalət Rəcəbovun bildirdiyinə görə,  Miryusif Mahmudovu Heydər məscidinin tikintisi zamanı tanıyıb.  Onun sözlərinə görə,  2013-cü ildə binada tikinti işləri başa çatanda görüşüblər: "Mənim Miryusif Mahmudovla telefon danışıqlarım olmayıb".
Hakim işdə  olan Ədalət Rəcəbovun Miryusif Mahmudova göndərdiyi SMS və telefon danışıqlarını elan edib.

Miryusif Mahmudov deyib ki,  Ədalət Rəcəbovla 2014-cü ildə tanışlığı olub: "Binəqədi rayonun ərazisində oğluma ev tikirdim.  Kanalizasiya ilə bağlı problem yaranıb.  Buna görə də Ədalət Rəcəbovla əlaqə saxlamışam.  Telefon danışıqlarında səs yazısını ortaya qoyun və sonra deyin ki,  biz əlbir olmuşuq.  Öz işçilərimlə belə telefonda işlə bağlı  danışmamışam".


Proses dekabrın 1-də davam edəcək.


Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədaləto Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutalan cianyət işi başlanılıb. 

 ///Lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik