‘Binə’ və ‘Sədərək’ təhlükə altında... - FOTOLAR

‘Binə’ və ‘Sədərək’ təhlükə altında... -  FOTOLAR
SOSİAL
11:46 16.06.2016
2023

Bu göl uzaqdan baxanda dupduru və mavi rəngdə görünür. Adama elə gəlir ki, gölün qurudulmasını Bakının ekoloji problemlərinin həllinin təxirəsalınmaz vəzifələrindən biri kimi müəyyən edəndə, bəlkə, tələsiblər?

Ancaq gölə yaxınlaşdıqca görürsən ki, tələsməyiblər, əksinə, gecikiblər. Oraya yaxınlaşdıqca zir-zibil və tullantılar ayaqlarımızın altında qalmağa başladı. Artıq kanalizasiyanın iyindən irəli getmək mümkün deyildi. Köynəyimizin yaxasını burnumuza tutub birtəhər balıqçıların olduğu qamışlığa yaxınlaşdıq. Çatana qədər ayağımızın altında qalmayan əşya olmadı: yolka oyuncağından tutmuş unitaza qədər. Bu Bakının ən çirkli göllərindən biri - Lökbatan gölünün uzaqdan və yaxından görünən mənzərəsidir...

Lökbatan gölünə səyahətimiz təsadüfi deyildi.

Qaynarinfo.azbildirir ki, virtualorg.azBakının ekoloji problemlərini araşdırmaqdadır və bundan əvvəlki yazılarımızda Bakının ortasında mövcud olan bataqlıq-göldən, içməli su mənbələrinn vəziyyətindən yazmışdıq.

Şübhəsiz ki, şəhərin ekoloji problemlərindən biri də paytaxtda yerləşən çirkab gölləridir. Prezident İlham Əliyev "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda göllərin bərpası, o cümlədən, Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam verib və buna uyğun olaraq da göllərin təmizlənməsinə başlanılıb. Hətta Böyükşor gölünün xarabalıqlarının əvəzində təmiz Böyükşor gölü və bulvarı salınıb. Amma son vaxtlar bu sahədə işlər dayanıb. Ekoloji problemlərin həlli böyük vəsait tələb edən işdir və görünür neftin ucuzlaşmasından sonra bu sahəyə vəsaitlərin yönəldilməsi dayanıb.

Təmizlənmək və ya qurudulmaq üçün siyahıya salınan 9 çirkli göldən biri olan Lökbatan gölünü müşahidə etmək kifayətdir ki, bu ekoloji proqramın vacibliyini bir daha anlayasan.

Elə gölə yaxınlaşmışdıq ki, yük maşınını zir-zibil boşaldan gördük. Amma biz çatana qədər maşın yükünü boşaldıb getdi. Lökbatan gölünün girişində ucu-bucağı görünməyən "Binə" və "Sədərək" ticarət mərkəzlərinin kanalizasiya boruları ilə qarşılaşırıq. Onlardan biri yarıda qırıldığından kanalizasiya suları elə gölün ətrafına axırdı. Bir qədər irəlidə isə ətrafa yığılmış qırmızı rəngli maddə burada hansısa kimyəvi reaksiyaların getdiyindən xəbər verirdi.

Gönorta olmasına baxmayaraq gölün ətrafında ağcaqanadlar qaynaşırdı. Xəstəlik mənbəyi olan göl ilk növbədə ətraf üçün təhlükə yaradır. Burada yaşayış evləri olmasa da, yaxınlıqda mağazalar, çörəkbişirmə sexi, kafe və digər obyektlər var. Elə həmin obyekdə çalışanlardan öyrəndik ki, təxminən iki ay öncə dostları ilə bu göldə Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Kənan Muradov batmışdı. Suda boğulub ölən 22 yaşlı gənc gölə balıq tutmağa gəlibmiş.

Göl o qədər çirklənib ki, adətən su hövzələrinin həndəvərində dolanan qarğalar da bu çirkaba qonmaq istəmirlər. Ancaq əllərində tilov gözlərini qırpmadan gölə zilləmiş balıqçıları gördük. Söhbət etməyə o qədər də həvəsli görünməsələr də çətinliklə bir-iki kəlmə qopara bildik. Rauf və Nofəl adlı balıqçılar bir ay olar ki, buraya gəlirlər. Balığı isə satmaq üçün deyil, özləri üçün tuturlar.

"Özümüz üçün tuturuq. Adətən səhərlər gəlirik, bu gün gecikmişik. Çünki balıq səhər saat 8-9-da, bir də axşam 6-9 arası çox olur. Amma balıq mütləq olur, zəif olanda 10-15 balıq tuturuq. Səhər tezdən balıqların gəzən vaxtıdır. Amma günorta qamışlığa girib çıxmırlar. Daha çox tutduğumuz isə karp balığıdır", - Nofəl bildirir.

Nofəl suyun çirkli olduğunu etiraf etsə də, balığın çirkli olmadığını deyir. O, hesab edir ki, əgər balığı yuyub təmizləyirlərsə, yemək üçün heç bir təhlükə qalmır:

"Belə tutduğumuz kimi yemirik ki, təhlükəli olsun. Üzünü təmizləyirik, yuyub yeyirik..."

Lakin Musəvi adlı digər balıqçı göldəki balıqların zəhərli olmasından xəbərdardır. Balıq tutmağın sadəcə məşğuliyyət olduğunu deyən gənc balıqçının sözlərinə görə, tutduqlarını çox zaman pişiyə atır: "Mən işləyirəm, çox vaxt buraya bazar günü gəlirəm. Əslində mənə balıq lazım deyil, gəlib azarımı öldürürəm. Satmıram, çox vaxt tuturam, gedəndə burada kiməsə verib gedirəm. Bu gün ancaq bir dənə tutmuşam. Lap olur ki, buradan tutduğumu aparıb pişiyə atıram. Əslində bu gölün balığını yemək düzgün deyil".

Ekoloq Əzizağa Hümbətəliyevin virtualaz.org-a verdiyi məlumata görə, Lökbatan və digər Binə və Sədərək ticarət mərkəzlərinin ətrafında olan gölməçələr neft rezervuarlardan sızan su hesabına yaranıb. Ekspert hesab edir ki, nəinki buradan balıq tutub yemək, heç bu ətrafda yaşamaq və ya işləmək olmaz.

"Neft istehsal olunandan sonra ərazidən neftlə bərabər su da çıxır. Əslində sızaraq göl şəklində yığılan bu sular radiasiyalıdır. Ola bilər ki, göl həm də yağış suyunun hesabına qidalansın və ya kanalizasiya suları axıdılsın. Ümumiyyətlə, həmin zona radiasiya zonasıdır. Tərkibində rezervuarlardan sızan neft tullantıları var. Neft olan ərazidə həmişə uran və radon qazı olub. Bu qaz çox təhlükəlidir. İnsanlarda onurğa beyninin şişi və saymaqla bitməyən digər xəstəliklərə səbəb olur. Radiasiyalı suda balıq tutmaq çox təhlükəlidir. Həmin balıqlarda birbaşa radiasiya var və qida üçün çox zərərlidir", - ekoloq deyir.

Ərazinin güclü şüalanma zonası olduğunu deyən ekspertin sözlərinə görə, yaxınlıqda ticarət mərkəzlərinin olmasının özü də qanunsuzdur. Göllərin təmizlənməsinə gəlincə, Ə. Hümbətəliyev hesab edir ki, bu ərazini təmizləmək olduqca çətin prosesdir.

"Əslində bu ərazilərin rekultivasiyası və bioremediasiyası mürəkkəb işdir. Çox təəssüf ki, təmizlənmə işləri aparılan yerlərdə rekultivasiya adı altında radiasiya tullantılarının üzərinə torpaq və digər tullantılar tökülür. Bu isə düzgün deyil. Əslində isə həmin təmizlənməli ərazinin layihəsi tutulmalıdır, torpağın tərkibi öyrənilməlidir. Bilmək lazımdır ki, orada hansı bitkini yetişdirmək olar", - ekoloq bildirir.

Digər bir məqam isə ondan ibarətdir ki, ekspertlər gölün Xəzərə çıxışının olmasını da istisna etmirlər. Yəni gölün Xəzərin sahilində olduğunu nəzərə alsaq, yağış yağanda və ya sularda artım olanda bu göllərin suyunun Xəzərə tökülməsi ehtimalı var. Bu isə o deməkdir ki, Lökbatan və Qaradağda yerləşən digər göllərin birbaşa Xəzərin çirklənməsində rolu ola bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib