Binədə maşın piyadanı vuraraq öldürüb

Binədə maşın piyadanı vuraraq öldürüb
HADİSƏ
09:59 01.04.2025
149
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Elçin Qəhrəmanovun idarə etdiyi "VAZ-2110” markalı avtomobil, Atçılıq yaşayış massivində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, martın 31-də saat 00:15-də Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR