Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır

Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır
SİYASƏT
12:15 12.03.2026
212
Regional əməkdaşlıqlar təkcə iqtisadi deyil, regionlar, cəmiyyətlər arasında körpü deməkdir.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyanın bir çox bölgəsində parçalanma və qütbləşmənin olduğu dövrdə əlaqələri artırmaq daha əhəmiyyətlidir. Trans-Xəzər nəqliyyat dəhlizi də buna görə diqqəti cəlb edir.

"Son qlobal proseslər göstərir ki, Orta Dəhliz, Zəngəzur dəhlizi kimi alternativ əlaqələrin əhəmiyyəti danılmazdır. əməkdaşlıq üçün yeni imkanlar açır", - B.Yıldırım vurğulayıb.

O əlavə edib ki, Rusiya və Ukrayna arasındakı müharibə nəqliyyat dəhlizlərinin istiqamətini dəyişib:

"ABŞ-nin İranla münaqişəsi də əlaqələrə təsir edir. Hazırda qlobal təchizat zənciri həssasdır. Ona görə şaxələndirilmiş və əhatələnmiş nəqliyyat dəhlizlərinin getdikcə iqtisadi əhəmiyyəti daha çox artır. Hazırda Çinlə Avropa arasında ticarət dövriyyəsi 800 milyard dollardan artıqdır. Demək olar ki, illik 1 trilyon dollara çatır və daşımalar Şimal-Cənub dəhlizi vasitəsilə daha çox aparılır. Ona görə də Orta Dəhlizin əhəmiyyəti daha da artır".

Binəli Yıldırım bu sahədə əlaqələrin gücləndirilməsində TDT-nin rolunu xüsusi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR