Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxdu

Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxdu
DÜNYA
16:10 03.09.2020
1361
Türkiyənin keçmiş baş naziri, millət vəkili Bineli Yıldırım koronavirusa yoluxub.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Bineli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus testi pozitiv çıxıb.
 
Bineli Yıldırım bununla bağlı sosial media hesabından açıqlama verib: "Halsızlıq səbəbindən bu gün səhər Semiha xanımla Ankara Şəhər Xəstəxanasına gəldik. Edilən yoxlanış əsasında COVİD-19 testinin nəticələri pozitiv çıxdı".
 
Millət vəkili təhlükəli vəziyyətin olmadığını deyib: "Hər şey yaxşıdır, sağlamlığımızda hər hansı bir narahatçılıq yoxdur. Həkimlər xəstəlik müddətini evdə keçirməyi məsləhət gördülər. Vətəndaşlarımıza qaydalara əməl etməyi tövsiyyə edirəm. Dua edir, dua gözləyirik”.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR