İlk günlər Cənab İsgəndərovun hərəkətləri cəmiyyətdə və mətbuatda təqdir olunsa da, proseslərin sonrakı gedişi daha çox vergilər naziri Fazil Məmmədovun yaxın qohumu (qaynı) kimi tanınan Binəqədinin İcra başçısı haqqında müsbət fikirləri alt-üst etdi.
Artıq uzun müddətdir mətbuatda da Xaləddin İsgəndərovun rayonda yaratdığı gərgin ab-hava ilə bağlı yazılar dərc olunmaqdadır. Başçı bir müddət əvvəl mətbuatda gedən yazıların qarşısını almağa nail olsa da, hazırda vəziyyət qarşısıalınmaz istiqamətə dəyişib.Xaləddin İsgəndərov “mifi”Əslində Xaləddin İsgəndərovun rayona gəlişi ilə Binəqədidə canlanma müşahidə olundu, Prezidentin “məmur vətəndaşın ayağına getməlidir” çağırışına yüzdə-yüz əməl olundu... Bu proses təkcə Binəqədidə deyil, bütün Azərbaycanda gedirdi. Və bu binəqədili qara kütləni - vətəndaşı da çox sevindirirdi. Rayonun Biləcəri, Xocasən, Binəqədi və digər böyük yaşayış məntəqələrində vətəndaş İcra başçısı görürdü... Bəli, bəli, təkcə İcra başçısını deyil, rayonun polis rəisi, prokuroru, MTN-nin şöbə rəisi, deputatları və ərazinin bütün icra strukturlarının rəhbərləri əsgər kimi X.İsgəndərovun qarşısında fərəqət dururdular. Bir sözlə Binəqədinin palçıqlı küçələri ilə - qara, Toyota_Land_Cruiserin arxasınca şütüyən “Xaləddin İsgəndərovun korteci”inin söz-söhbəti dul arvadların belə qeybət mövzusuna çevrilmişdi. Bu həngamələr onun nüfuzunu daha da artırır, şüurlarda toxunulmaz edir, əl-qolunu açırdı. Bütün iclasların hakimi mütləqi də Xaləddin İsgəndərov idi. O yüksək səslə danışır, rəngli bahalı qalstuk və qara kostyumuna sığal çəkir, yenicə “uklatka” olunmuş tellərini hamarlayırdı. Hərdən də Alı Qocayevin tör-töküntülərini (keçmiş başçının dövründən qalan məmurları) yerli-yersiz tənqid edir, vətəndaşın qarşısında alçaldır, sanki bundan zövq alırdı. İlk günlər hər şey qaydasında idi: quruculuq və abadlıq yüksək səviyyədə idi, küçələr ot-alaqdan təmizlənir, əvvəlki başçı Alı Qocayevin “miras” qoyduğu zibil dağları “yarılırdı”. Hətta Binəqədidə keçirdiyi ilk iclaslarını daşınan zibillərə həsr edən Xaləddin İsgəndərovun “onların sayı 400-500 və ya 700-800 kamazdan da çox idi” deməsinə təəccüblənənlərdə az deyildi...Hər şey o zamana kimi yaxşı gedirdi...O zaman ki, Xaləddin İsgəndərovun komandası formalaşdı, yığım işləri əsas fəaliyyət sahəsinə çevrildi, tikintiyə sözdə “qadağa” qoyuldu, rüşvət, korrupsiya tüğyan eləməyə başladı və bununla da kasıbın, acından ölənin motalına çomaq soxuldu... Və beləcə Xaləddin İsgəndərovun “ütülənmiş” görkəmi onu Binəqədi sakinlərindən uzaqlaşdırmağa başladı. Əlbəttə, təkcə səbəb bu deyildi, çoxlu və əsaslı səbəblər var idi...Yaddaşsızlıq sindromundan əziyyət çəkən İcra başçısıBinəqədi sakinləri yaxşı bilir ki, Xaləddin İsgəndərovun iclasları həngaməsiz keçmir. Ancaq özünü tərifləyən İcra başçısı vətəndaşa dəxli olmayan söhbətləri ilə də məşhurdur. O, soy-kökünün varlı-karlı olduğunu Binəqədi sakinlərinə “tutuzdurmaq”dan ötrü ailəsindən oğurlanan hansısa qızılları tez-tez xatırladır.Sakinlərə görə, Xaləddin İsgəndərovun başqa şakəri də onun yaddaş problemidir. Belə ki, 100-200 adamla keçirdiyi iclaslarda “sandığı açıb pambığı tökən” Xaləddin İsgəndərov sonradan İcra Hakimiyyətində satqın ovuna çıxır. Müavinləri və yaxınları cəsarət edib “Cənab başçı, siz bu sözü özünüz iclasda dediniz axı” deyəndə isə yumruğu ilə alnını döyəcləyir.Xaləddin İsgəndərovun iclaslarına bəzək olan sözlərdən biri də “Kişi yalan danışmaz, xüsusən də vəzifəli adam yalan danışmaz” sözləridir. Amma təəssüf ki, özü bütün günü yalan danışır. Dərd odur ki, onun yalanlarını qəsəbə bələdiyyə sədrləri və İcra nümayəndələri aforizmə çevirib, xalq arasında yayırlar.
Binəqədililər Alı Qocayevin ölənlərinə rəhmət oxuyurBakının mərkəzi Səbail rayonunda belə Binəqədidə olduğu kimi tikintiyə haqq alınmır. Bütün rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Əgər Xaləddin İsgəndərovdan əvvəl - Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin İcra Başçısı işlədiyi dövrdə daha çox Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat “şirinliklə” baş tuturdusa, Xaləddin İsgəndərovun “zühuru” ilə qiymətlərdə QİYAMƏT QOPDU. Medianın müxtəlif vaxtlarda apardığı araşdırmalara görə, X.İsgəndərovun göstərişi ilə rayon ərazisində hasar çəkmək 2-3 min, kürsülü ev 8-10 min, iki mərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb olunur. Sakinlərin verdiyi son məlumata görə, manatın devalvasiyası yay aylarına – tikinti bumunun yaşandığı dövrə təsadüf etdiyindən X.İsgəndərovun “ağ nivalı”ları da xəracı dollarla toplayırlar.Vətəndaş sözügedən məbləği vermədiyi təqdirdə, ya evindən olur, ya da İcra Hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşəkkil qoçu dəstəsinin (onlar ağ rəngli “Niva” markalı maşınlarda gəzirlər) daha kobud müdaxiləsi ilə üzləşirlər. Onların sırasında daha ağırı tikililərin məhkəmə qərarı olmadan dağıdılmasıdır. Bu üsul ağır olsa da digərləri üçün “nümunədir”. Əlbəttə, bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır.Bir az əvvəl İcra başçıları və dövlət rəsmiləri qarşısında çıxış edən Prezident İlham Əliyev son vaxtlar cəmiyyətdə geniş əks-səda doğuran bir sıra məsələlərə, o cümlədən yerli icra strukturlarının başçıları və məmurlarla vətəndaşlar arasında münasibətlərə geniş yer ayırmışdı. Prezident xüsusilə rayonlarda icra başçılarının vətəndaşlarla münasibətinə toxunmuş, icra başçılarının bəzilərinin öz məsuliyyətini dərk etmədiyini bildirmişdi. Prezident demişdir ki, hər bir icra başçısını təyin edəndə, onu qəbul edəndə deyir ki, onların işi vətəndaşlara xidmət etməkdir. Dövlət başçısı bəzi məmurların vətəndaşları saymadığını, onlara yuxarıdan aşağı baxdığını deməklə bunu yolverilməz adlandırmışdı.Göründüyü kimi, Prezident İlham Əliyev çıxışlarında İcra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə dəfələrlə çağırışlar edib. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Nə yazıq ki, Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Yəqin ki, o da vaxtını gözləyir.Hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər (https://www.editor.az/news/87368). Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə baş verə biləcək qarşıdurmalar baxımından olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, İcra Başçısının özünün birbaşa rəhbərlik etdiyi mütəşəkkil dəstənin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı-arası kəsilmir.Bir müddət əvvəl iki Qarabağ əlili Binəqədidə, Polis Bölməsinin inzibati binası qarşısında intihara cəhd etdilər. Soyuq silahla özlərinə xətər yetirən Qarabağ əlilləri xəstəxanada yerləşdirdilər, intihara cəhdin üstü ört-basdır edildi. Yaxşı, bu əlillər niyə məhz Polis Bölməsi qarşısında intihar edirdi? Əlbəttə, səbəbi çox sadədir, həmin əlillər ev tikdiklərinə görə İcra başçısının qoçularının onlardan qanunsuz şəkildə pul tələb etmələrinə etiraz edirdilər. Məkan kimi Polis Bölməsinin qarşısını da məhz polisin korrupsiya faktlarına “yaşıl işıq” yandırmasına göz yumduğu üçün seçmişlər.
Binəqədi İcra Hakimiyyətində də etiraf edirlər ki, birinci xanımla selfisi ilk əvvəl onun üçün bəzi narahatçılıqlar yaratsa da Aytac Əliyeva indi bu ÖZÇƏKİMin səfasını sürür. Belə ki, hakimiyyətin yuxarı eşalonundan Aytacın başına buyruq – etikadan kənar hərəkəti yaxşı qarşılanmayıb və hətta onun sifətini Mehriban xanım Əliyevaya sürtməsi təhlükəsizlik baxımından ciddi rezonans doğurub. Bildirilib ki, ölkənin birinci xanımı insanlarla münasibətlərinə məsafə qoymasa da, etika və protokol gərəyi vətəndaşlar, xüsusən də məmur qiyafəlilər də bu humanistlikdən sui-istifadə etməməlidirlər.Aytac Əliyeva indi bu fotonu əlində bayraq edərək rəsmən meydan oxuyur: “Mənim Mehriban xanımla yaxın münasibətlərim var, mənə heç kim bata bilməz”. (https://bakunews.az/arasdirma/5164-binqdi-bldiyysinin-sdri-mehriban-liyeva-il-selfisini-onun-bunun-gzn-soxub-vtndalardan-haqq-yr.html)Binəqədidən verilən digər məlumata görə, bu fotonun təsirindən polis, prokurorluq, hətta mətbuat belə Aytaca yaxın düşə bilmir.Bu azmış kimi Bələdiyyə sədri həmin selfidən yararlanaraq qəsəbə ərazisində vətəndaşlardan qanunsuz haqq yığır, tikinti aparmaq üçün konkret məbləğ müəyyən edir.Aytacın əməllərindən, qəsəbə sakinlərinin isə narahatlığından Heydər Əliyev Fondu da məlumatlıdır. Hazırda konkret bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi şöbəsinin araşdırma apardığı bildirilir.Mətbuat yazır ki, Binəqədi qəsəbəsində Prezident İlham Əliyevin hökmü yox, Bələdiyyə sədri Aytacın hökmü keçir. Bütün bunların arxasında isə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı Xaləddin İsgəndərov durur. Aytac Əliyeva həm də İcra Başçısından aylıq 2000 manat paket və tikintilərə “icazə haqları”ndan faiz alır. Yığılan pulları İcra başçısı Xaləddin İsgəndərova ya Aytacın özü, ya da başçının qəsəbə bələdiyyəsində işləyən Zaur adlı qohumu aparır. Bu arada Aytac Əliyevanın tikintiyə icazə müqabilində xərac toplayan qeyri-rəsmi işçilərinin tərkibi də bütün rayona bəllidir: Zaur (Xaləddin İsgəndərovun qohumu), Bələdiyyə üzvü Pərviz Verdiyev, Ramin və Arif adlı şəxslər. (https://bakunews.az/arasdirma/4896-binqdi-qsbsind-prezident-lham-liyevin-hkm-yox-bldiyy-sdri-aytac-liyevann-hkm-keir.html)Binanı gözəlləşdiririk də, sizin üçün gözəlləşdiririk...Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Xaləddin İsgəndərovun onsuz da çətin olan vəziyyətini bir az da ağırlaşdırdı.
Musavat.com yazır ki, (https://musavat.com/news/siyaset/vergiler-nazirinin-hedefe-gelmesinin-sirri_278936.html) oliqarxlar sırasında öndə gedən fiqurları içərisində vergilər naziri Fazil Məmmədovun da xüsusi çəkisi var: “Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Görünür, vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə o, ayrı-ayrı sahələrə də nəzarəti gücləndirmək istəyib ki, bunun da qarşısı kəsildi və prezident vətənə xəyanət maddəsini xatırlatdı...”Maraqlıdır ki, 13 iyul müşavirəsində Fazil Məmmədov iştirak etmirdi. Rəsmi xəbərə görə, F.Məmmədov iyulun 13-də Qazaxda vətəndaşları qəbul edib. Amma düşünsək ki, Nazirlər Kabinetinin və həm də prezidentin sədrliyi ilə keçirilən iclas daha önəmlidir, deməli, cənab Məmmədov Qazaxda vətəndaş qəbulunu ertələyə də bilərdi.Müşahidələr onu göstərir ki, yaxın günlərdə Xaləddin İsgəndərovla bağlı konkret qərar verilə bilər. Artıq Hesablama Palatası dövlət büdcəsi ilə bağlı problemləri, hüquq-mühafizə orqanları isə qeyri-rəsmi yığımların “dosye”sini Azərbaycan Prezidentinin masasının üstünə qoyublar.
aznews.az