Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTOLAR

Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi - FOTOLAR
SOSİAL
16:59 12.04.2021
448
9 aprel 2021-ci il tarixində Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında pandemiya dövrünün şərtlərinə uyğun olaraq keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Nicat Allahverdiyev, rayonun bir qrup ziyalıları və ağsaqqalları iştirak etdilər.

AZXEBER.COM xəbər verir ki, tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının böyük əhəmiyyətindən danışdı. Sonra Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev hesabat məruzəsi ilə çıxış etdi. Daha sonra Milli Məclisin deputatı Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov gündəlikdə duran məsələləri elan etdi. Ağsaqqallar Şurasının üzvləri və Şura üzvlərindən ibarət İdarə Heyəti səsvermə ilə müəyyən edildi. Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə yenidən İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev seçildi.

Tədbir Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Rəfiyevin çıxışı ilə davam etdi. A.Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə etdi, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirdi. Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı Cahangir Qocayev seçildi. Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri, 9 ərazi təşkilatı üzrə - dörd mikrorayon və beş qəsəbə üzrə üzvlər və təşkilat sədrləri müəyyənləşdirildi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən biri olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində möhkəm kök salmış ənənə olduğunu qeyd etdi. Rayon rəhbəri ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışdı, Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin ağsaqqallara dərin hörmət və ehtiramla yanaşdığını və onları xalqımızın mənəvi sərvəti kimi dəyərləndirdiyini vurğuladı. Natiq çıxışının sonunda koronavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışaraq, ağsaqqalları görülən işlərdə daha fəal iştirak etməyə çağırdı.

Sonda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək ölkəmizdə ağsaqqal sözünün nüfuzundan, ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, el ağsaqqalı kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd etdi. Eldar İbrahimov ölkəmizdə aparılan siyasətə ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirdi. Natiq vurğuladı ki, bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim ağsaqqallara böyük ehtiyac vardır.

Sonda Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev Binəqədi rayonunun sosial-iqtisadi, ictimai- siyasi həyatında fəal iştirakına görə, həmçinin 85 illik  yubiley münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyevin imzaladığı Fəxri Fərmanla təltif edildi. 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
20:15 03.07.2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
20:04 03.07.2026
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
19:47 03.07.2026
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib
19:38 03.07.2026
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib