Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO

Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
SOSİAL
21:37 03.07.2026
123
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını yerinə yetirən şəxslər "təşkilatçı” adlandırılır.
Bu səbəbdən də onlara nə minimum əməkhaqqı artımı, nə də direktor müavinləri üçün nəzərdə tutulan aylıq əlavələr tətbiq edilir.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumata görə, ümumtəhsil məktəblərində tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını yerinə yetirən şəxslərə bir neçə ildir vəzifə statusu ilə bağlı ziddiyyətli yanaşma tətbiq edilir.

Vahid Tarif Cədvəlinə əsasən onlar tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasını icra etsələr də, ƏMAS sistemində vəzifə adı "təşkilatçı" kimi göstərilir. Məşğulluq təsnifatı qrafasında isə həmin vəzifə üzrə direktor müavini funksiyası qeyd olunub.

Təhsil ekspertləri bildirirlər ki, məktəblərdə tədris işləri və təsərrüfat işləri üzrə direktor müavinlərinə hər ay ödənilən vəzifə əlavəsi tərbiyə işləri üzrə direktor müavininin funksiyasını yerinə yetirən şəxslərə şamil edilmir. Səbəb kimi isə vəzifə adında "direktor müavini" sözünün olmaması göstərilir.

Ekspert Rizvan Fikrətoğlu bildirir ki, Elm və Təhsil Nazirliyi bu ziddiyyətin aradan qaldırılması və vəzifə adının vahid şəkildə tənzimlənməsi istiqamətində addım atmalıdır.

Bəs bu kateqoriyadan olan əməkdaşlara digər direktor müavinlərinə verilən aylıq əlavənin ödənilməməsinin hüquqi əsası nədir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR