Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var
SOSİAL
22:25 28.10.2026
94
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə  rayonun Oğuz küçəsində olub.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi "Opel” markalı avtomobil toqquşub.
 
Qəza nəticəsində "VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR