Binəqədi rayonunda abadlıq işləri aparılır - FOTO

Binəqədi rayonunda abadlıq işləri aparılır - FOTO
SOSİAL
12:44 19.08.2022
340
Binəqədi rayonu ərazisində davamlı şəkildə aparılan abadlıq, təmizlik, yaşıllıq sahələrinin suvarılması, təmir və bərpa işləri və s. həmçinin Rayon İcra Hakimiyyəti başçısının sakinlər ilə keçirilən səyyar görüşlər zamanı vətəndaşların qeyd etdiyi və onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi istiqamətində müxtəlif  tədbirlər həyata keçirilir.                                                                                                                 
 
Belə ki, abadlıq- təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılır. Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir. Eyni zamanda rayon ərazisində yerləşən bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR