Binəqədi rayonunda “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı olub - FOTO

Binəqədi rayonunda “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı olub - FOTO
SOSİAL
20:34 18.02.2022
520
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlar üçün hazırlanan "Bizim böyük Qələbəmiz” adlı kitabın Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 18-də rayon ərazisində yerləşən 100 nömrəli tam orta məktəbdə təqdimat mərasimi keçirilib.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müahribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid N.Fərəczadə adina 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin məzunları şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və məktəbin kollektivi iştirak ediblər.
 
Tədbirdən əvvəl "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən şagirdlərə "Bizim böyük Qələbəmiz” kitabı tədqim edilib və qonaqlar məktəb şagirdlərinin hazırladığı əl işləri ilə tanış olub. 
Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub.
100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova çıxış edərək məktəb kollektivi adından qonaqları salamlayıb, məktəbə təqdim olunan kitablara görə öz təşəkkürünü bildirib.
 
Daha sonra çıxış edən şəhid ailərinin üzvləri yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb, həmçinin şəhidlərimizin əziz xatirəsinin uca tutulması istiqamətində görülən işlərə görə dövlət başçısına  minnətdarlıqlarını ifadə ediblər.
 
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verərək bildirib ki, uşaqlar üçün nəzərdə tutulan "Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən  biridir  və bu kitabın çap edilməsində əsas məqsəd  uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir. 
 
Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək onun siyası kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq və qətiyyət göstərdi, xalqın, ordunun birliyi, şücaəti sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin etdi. S.Süleymanova həmçinin əlavə edib ki, "Bizim böyük Qələbəmiz” adlı kitabı nəsillərin görüşü adlandırmaq olar. Gələcək nəsillər, yəni balaca balalarımız  bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar. S.Süleymanova Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da yeniyetmə və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
 
Tədbir məktəblilərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam edib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq