Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi

MARAQLI
14:35 30.12.2012
1666
Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildiAZXEBER.COM-un məlumatına görə, 2012-ci il dekabrın 28-də “Hollywood” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bədii-əyləncəli tədbir keçirildi.İlk öncə tədbirin aparıcısı qonaqları salamlayaraq artıq 21 il xalqımızın həmrəylik gününü böyük əzmlə, vüsətlə qeyd etdiyini bildirdi.İlk dəfə 1991-ci ilin 16 dekabrında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda vətənə məhəbbət, xalqa sədaqət, tarixi və mədəni ənənələrə hörmət kimi nəcib hissləri daha da gücləndirdiyini bildirdi. Möhtərəm ölkə Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatımız yüksək inikişaf tempi göstərdiyi, ölkədə bütün sosial proqramlar öz həllini tapdığı, bütün infrastruktur layihələri icra edildiyi, bir sözlə, 2012-ci ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildiyi bildirildi.Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən- günə daha geniş vüsət aldığını və azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynadığını bildirdi.Sonra rayonun inkişafında, ictimai həyatında fəal rol oynayan, aparılan quruculuq işlərinə yaxından dəstək olan rayon ictimaiyyətinin bir qrupu fəxri fərmanlarla mükafatlandırıldı və tədbirin bədii hissəsi başladı.
OXŞAR XƏBƏRLƏR