Binəqədi rayonunda gənclərin maraqlı layihəsi baş tutdu

Binəqədi rayonunda gənclərin maraqlı layihəsi baş tutdu
SOSİAL
13:01 23.10.2016
989
Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Kitab klubu”nun təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi, Akademiyanın İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Xəlil Babayevin "Kitablı əllər-Qızıl əllər” layihəsi həyata keçirilib.
 
22 sentyabr 2016-cı il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutan layihənin açılış mərasimində Akademiyanın Elmi işlər üzrə prorektoru, İqtisad üzrə fəlsəfə doktoru, dosent Mobil Məcidov, Akademiyanın kitabxanasının müdiri Maya Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Kitablı əllər-Qızıl əllər” layihəsinin rəhbəri Xəlil Babayev layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Sonra çıxış edən dosent Mobil Məcidov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov və Akademiyanın kitabxanasının müdiri Maya Abdullayeva ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. "Kitablı əllər-Qızıl əllər” layihəsinin çox aktual mövzuya, gənclərin mütaliəyə marağının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar. 03 və 15 oktyabr 2016-cı il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında və Binəqədi rayon Gənclər Evində layihə çərçivəsində təqdimatlar keçirilib. Qeyd edək ki, "Kitablı əllər-Qızıl əllər” layihəsində Bomba, Ernest Miller, Mücrü, Əxlaqi-Nasir, Qarabağ və Studentlər komandaları müxtəlif bədii ədəbiyyat nümunələri əsasında təqdimatla çıxış ediblər. Sonda fərqlənən 4 komanda sertifikat və hədiyyə ilə mükafatlandırılıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər