Binəqədidə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Binəqədidə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
SOSİAL
20:42 10.05.2023
156
10 May 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli rəsmi yığıncaq keçirildi. Yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Madər Musayev,  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, idarə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ictimai birliklərin nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdilər. 
   
Tədbir iştirakçıları öncə Ulu Öndərin rayonun Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra qonaqlar Ulu Öndərin Binəqədi rayonuna səfərlərini əks etdiən foto-sərgi ilə tanış oldular. Rayon ictimaiyyətinin ştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə  açıq elan edildi. 

Təntənəli rəsmi yığıncaqda çıxış edən Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. 

Sonda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "ƏSRİN ADAMI” adlı film nümayiş etdirildi.
 

 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır