Binəqədi rayonunda koronavirusla mübarizə tədbirləri davam etdirilir

Binəqədi rayonunda koronavirusla mübarizə tədbirləri davam etdirilir
SOSİAL
10:47 31.03.2020
724
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri və Aparatın məsul işçilərinin iştirakı ilə əhalinin sıx toplaşdığı ərazilərdə,abad məhələllərdə, fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.

Bununla barəbər rayon ərazisində 30.03.2020 –ci il tarixindədək ümumilikdə 500-ə yaxın pərakəndə ticarət, ictimai iaşə və digər xidmət obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün fərdi qaydada görüşlər aparılmış, Sakinlərin Müraciət Xidməti (1646) vasitəsilə sakinlərin mobil telefonuna sms göndərilmiş və rayon icra hakimiyyətinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə bu sahədə mütəmadi maarifləndirmə işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən mütəmadi müşahidələr aparılır.Eyni zamanda 65 yaşdan yuxarı sakinlərin təhlükəsizliyinin təmin edilməsi və gigiyenik qaydalara əməl edilməsi üçün tərəfimizdən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, eyni zamanda Binəqədi YAP təşkilatının könüllüləri ilə birlikdə 500-ə yaxın ahıl şəxslərlə görüş keçirilmiş və onlara infeksiyadan qorunmaq üçün gigiyenik vasitələr verilmişdir.

Bundan başqa infeksiyanın yayılması hallarının qarşısının alınması üçün müvafiq tapşırıqlara əsasən Binəqədi MKTB tərəfindən 402 coxmənzilli binanın 1384 girişi və onların həyəti, 918 məişət tullantısı konteyner meydançası, 7 istirahət parkının ərazisi, məcburi köçkünlərin məskunlaşdığı 42 yataqxana binası, 40 kooperativ bina 30.03.2020- ci il tarixindən gün boyu dezinfeksiya edilmişdir.Dezinfeksiya işlərinin həyata keçirilməsi üçün 55 ədəd dərman səpən aparat və 80 ədəd xüsusi geyim, 2 ton xloremin, 300 litr benzol, 125 kilo bioksena dərman preparatları alınmışdır.Dezinfeksiya işlərinin daha səmərəli davam etdirilməsi məqsədilə 3 ədəd yeni müasir dərman səpən aparat alınmışdır.

Hal-hazırda bu işlərin rayonun qəsəbələrində də davam etdirilməsi üçün 2 ədəd iritonnajlı xüsusi nəqliyyat vasitələri cəlb edilməklə zəruri  tədbirlər həyata keçirilir.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı