Binəqədi rayonunda “Qarabağ” ordeninin təqdimedilməsi mərasimi keçirildi - FOTOLAR

Binəqədi rayonunda “Qarabağ” ordeninin təqdimedilməsi mərasimi keçirildi - FOTOLAR
SOSİAL
12:24 02.07.2021
424
Azərbacan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfov ölümündən sonra "Qarabağ” ordeni ilə təltif edilib. Binəqədi rayon İcra Hakimiyyətində ordeninin təqdimedilməsi mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Şəhidin atası Nəcəf Nəcəfov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin İdarəsinin rəisinin müavini general-mayor Yusif Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, RİH başçısı Aparatının İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov iştirak edirdilər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəmil Nəcəfov "Qarabağ" ordeni ilə təltif edilib.

"Qarabağ ordeni”nini şəhid baş leytenant Cəmil Nəcəfovun atası Nəcəf Nəcəfova Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidməti İdarəsinin rəisinin müavini general-mayor Yusif Mirzəyev təqdim edərək söylədi ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca Zirvə - Şəhidlik məqamına yüksələn igid Vətən oğulları ilə fəxr edirik. Şəhid atası Nəcəf Nəcəfov övladının Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini dedi. O, övladının xatirəsinin əziz tutulduğuna, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi”.

Daha sonra "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək bildirdi ki, "Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik  də elə Vətən yolunda şəhid olmaqdır”.

Qeyd edək ki, Cəmil Nəcəf oğlu Nəcəfov 1993-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. 1997-ci ildən 2007-ci il tarixinə kimi Hikmət Hüseynov adına 83 nömrəli məktəb- liseydə təhsil almışdır. Dəcəl, mehriban, təvazökar gözləri həyat eşqi ilə alışıb yanan bu oğlan qısa müddətdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimlisi olmuşdu. Bu dəliqanlı, yerə göyə sığmayan oğlanın peşə seçimi də bizi təəccübləndirmədi. Hərb yolunu seçdi. Bu yol onu Naxçıvanski adına Ali  Hərbi məktəbə apardı. Qısa müddətdə baş leytenant rütbəsinə qədər ucaldı. Çünki bu yolda o dayanmırdı. Fərəhindən yerə göyə sığmırdı Cəmil Nəcəfov. Qarabağı  1993-cü il təvəllüdlü əsgərlərimiz alacaq deyirdi Cəmil. Ali Baş Komandanın verdiyi əmrə bənd idi, heç nə güşünmədən atdı özünü döyüş meydanına. Düşmənin mövqelərini məhv etdikcə aslana dönürdü igid qəhrəmanımız. Düşmənə olan qəlbindəki nifrəti, kini silahı ilə susdururdu. Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə oktyabrın 10-da Vətən eşqi ilə ürəyi döyünən igid oğlumuz qəhrəmancasına həlak oldu. Ürəyinin son döyüntüsünü də eşidən elə Qarabağ torpağı oldu. Aprel döyüşlərinin iştirakçısı 27 yaşlı Cəmil Nəcəfovun 44 günlük Vətən müharibəsinə yollanmasını ailəsi müharibə başlayandan iki gün sonra bilmişdi. Təlim adı ilə evdən çıxan Cəmil bir neçə gündən sonra ailəsinə zəng edərək, "Hər şey yaxşıdır, mənə görə narahat olmayın, söyləyib".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid baş leytenant Cəmil Nəcəfov "Qarabağ ordeni”  və "Vətən uğrunda” medalı ilə təltif edilib.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı