Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir
SOSİAL
16:43 19.09.2020
565
Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində hər gün və təxirəsalınmaz təmizlik işləri həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, aksiya çərçivəsində  ətraf ərazilər insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənir. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə əraziyə xüsusi təyinatlı maşınlar cəlb olunur. 

Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır

OXŞAR XƏBƏRLƏR