Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında görüş keçirilib - FOTOLAR

Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında görüş keçirilib - FOTOLAR
SOSİAL
10:19 29.04.2022
305
Görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirildi.

28 aprel 2022-ci ildə Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi "Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirildi. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkilləri - Madər Musayev, Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, rayonun ictimai təşkilatları, hüquq-mühafizə və icra strukturları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə çiçəklər düzərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çıxışında tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açaraq onun bütün yüksək keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, qayğıkeş ana, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, gözəl bir insan kimi əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd etdi.

Çıxış edən Millət Vəkili Eldar İbrahimov qeyd etdi ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofuyeva Zərifə xanımı Azərbaycan qadınının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik nümunəsi və bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb olan insan kimi xarakterizə etdi.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, akademik Zərifə xanım Əliyevanın adını milyonlarla insan çox yaxşı xatırlayır. Onun adı nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən şəxsiyyət kimi əbədiləşib. Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.

Çıxışlardan sonra tədbir bədii kompozisiya və musiqi nömrələri ilə davam etdirildi. Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilmiş foto sərgi ilə tanış oldular.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir