Binəqədidə “Azərbaycan Polisi Günü” qeyd olundu - FOTOLAR

Binəqədidə “Azərbaycan Polisi Günü” qeyd olundu - FOTOLAR
SOSİAL
22:28 02.07.2025
701
02 iyul 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 İyul-"Azərbaycan Polisi Günü” və Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Rasim Musabəyov, Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Mühafizə İdarəsnin rəisi- polis polkovniki Rəşadət Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, veteran polis əməkdaşları, qazilər iştirak etdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının, polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd etdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır. Xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur. 

Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarova polis əməkdaşlarını təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi "Azərbaycan Polisi Günü” elan olunub. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu addımlar Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə özünü göstərdi.  

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildiridi ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını Vətən müharibəsində, antiterror əməliyyatları zamanı nümayiş etdirərək doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər, qəhrəmanlıq salnaməsi yaratdılar.

Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov daxili işlər orqanları əməkdaşlarının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün güvvə və bacarıqları ilə dövlətimizə xidmət edəcəklərini qeyd etdi.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı "Fəxri Fərman”la təltif olundu.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri-Teyyub Aslanovun, Gülyaz Məmmədovanın, Gülyanaq Məmmədovanın, əməkdar artist Nurlan Növrəslinin, İlhamə Qasımovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi, "Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.  
Sonda xatirə şəkli çəkildi.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"