Binəqədidə öldürülən kriminal avtoritet interpol tərəfindən axtarılırdı

KRİMİNAL
22:06 07.06.2019
10029
Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi dəqiqləşdirilib. 

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR