Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib

Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib
HADİSƏ
10:38 14.09.2025
143
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR