BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Binəqədidə “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçirildi - FOTOLAR

Binəqədidə “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçirildi - FOTOLAR
SOSİAL
12:00 19.02.2020
1146
FOTOLAR" />
Heyder Əliyev Fondu, Milli Hematalogiya və Transfuziologiya Mərkəzi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 19 fevral 2020-ci il tarixində Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında "Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, Talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən bu aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
 
Ezam olunmuş Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Ümumilikdə keçirilən aksiyada 350 nəfərdən çox insan iştirak etmişdir. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Məlumat üçün qeyd edək ki, Talassemiya Mərkəzi 2009 –cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Talassemiya Mərkəzinin yaradılması, mərkəzdə göstərilən xidmət yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlara dövlətimizin diqqət və qayğısının əsas göstəricisidir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:25 03.04.2020

Karantin rejimini pozmağa görə cəzalar: cərimədən 5 il həbsə qədər

15:12 03.04.2020

Prezident: "Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək"

15:03 03.04.2020

YAP Gəncə şəhər təşkilatının kollektivi yenidən KMDF-a vəsait köçürüb

15:02 03.04.2020

Dövlət məmuru Pərvin Abıyevaya avtomobil hədiyyə göndərdi — VİDEO

14:47 03.04.2020

Anar Hüseynov: "Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur"

14:40 03.04.2020

Sabah da yağışlı hava olacaq

14:24 03.04.2020

Deputatın təşəbbüsü ilə #evdəqal #idmandanqalma devizi altında hədiyyəli aksiyaya start verilir

14:05 03.04.2020

Həkim işləyən sevgilisini öldürdü: “Mənə koronavirus yoluxdurub” - VİDEO

13:56 03.04.2020

BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"

13:34 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi - RƏSMİ

13:28 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaş Bakının istənilən ərazisində işini görə bilər - RƏSMİ

13:12 03.04.2020

“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

12:53 03.04.2020

Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

12:46 03.04.2020

Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - FOTOLAR

12:37 03.04.2020

“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov

12:20 03.04.2020

Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!